Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin ABŞ-la qarşıdurma olacağı təqdirdə sona qədər mübarizə aparacağına söz verib

Çin ABŞ-la qarşıdurma olacağı təqdirdə sona qədər mübarizə aparacağına söz verib

Tarix: 21 Dekabr 2021 10:32

Çin ABŞ-la qarşıdurmadan qorxmur və qarşıdurma olarsa, sona qədər mübarizə aparacaq.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ bildirib.

Onun sözlərinə görə, Pekinin mövqeyi dəyişməz olaraq qalır. Beləliklə, Çin əməkdaşlığı alqışlayır və bərabər dialoq və müsbət rəqabət gözləyir.

"ABŞ-da bəzi insanlar digər ölkələrin inkişaf etmək hüququna malik olduğunu qəbul etmək istəmir, Çinin daim güclənməsi və inkişaf etməsi faktını qəbul eləmir, Çin və ABŞ-ın qarşılıqlı əlaqə yolunu tuta biləcəyi ilə razılaşmaq istəmir və Çini saxlamaq və sıxışdırmaq üçün qrup yaratmağa çalışırlar", - deyə diplomat qeyd edib.

Milli.Az


Etiketlər:  Çin ABŞ la qarşıdurma olacağı təqdirdə sona qədər mübarizə aparacağına söz verib


RƏYLƏR