Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diş əti xəstəlikləri psixi pozuntuların yaranma riskini yüksəldir - TƏDQİQAT

Diş əti xəstəlikləri psixi pozuntuların yaranma riskini yüksəldir - TƏDQİQAT

Tarix: 21 Dekabr 2021 21:51

Birminhem Universitetinin alimləri müəyyən ediblər ki, diş əti xəstəlikləri ağız boşluğu ilə əlaqəsi olmayan digər xəstəliklərin yaranması üçün yüksək risk təşkil edir. Buna psixi pozuntular və ya ürək-damar xəstəlikləri aiddir.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, tədqiqatçılar qinqivit və periodontit (müalicə olunmadıqda dişlərin itirilməsinə səbəb olur) daxil olmaqla periodont xəstəlikləri üçün həkimə müraciət etmiş 64 379 britaniyalının sağlamlıq vəziyyətini təqib ediblər.

Tədqiqatın iştirakçılarından 60 995 nəfərdə qinqivitə, 3 384 nəfərdə isə periodontitə rast gəlinib.

Onların statistikasını periodont xəstəlikləri müşahidə olunmayan 251 161 pasiyentdən ibarət nəzarət qrupunun məlumatları ilə müqayisə ediblər.

Tədqiqat iştirakçılarının orta yaşı 44 təşkil edib, onların 43%-i kişilər, 30%-i isə siqaret çəkənlər olub. Nəticələr göstərib ki, periodont xəstəlikləri tarixçəsinə malik pasiyentlər 37% daha çox psixi, 33% daha çox avtoimmun, 18% daha çox ürək-damar xəstəlikləri ilə rastlaşırlar.


Etiketlər:  Diş əti xəstəlikləri psixi pozuntuların yaranma riskini yüksəldir TƏDQİQAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ