Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb

Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb

Tarix: 22 Dekabr 2021 01:48

2021-ci il yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30,209 milyard dollardan çox təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,85 faiz çoxdur.

Milli.Az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanın ixracı 19,799 milyard dollara bərabər olub və bu, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 48,4 faiz çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 65,54 faiz təşkil edib.

Eyni dövrdə Azərbaycana idxal 10,409 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 34,46 faiz təşkil edib.

Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 6,014 milyard dollar təşkil edib.

Milli.Az


Etiketlər:  Azərbaycanın xarici ticarət dövriyyəsi milyard dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ