Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yevlaxda ''Mercedes'' atlını vurdu - At öldü, atlı xəstəxanada

Yevlaxda ''Mercedes'' atlını vurdu - At öldü, atlı xəstəxanada

Tarix: 18 Aprel 2019 11:10

Bakı. Samir Əli - Trend:

Yevlax rayonu ərazisində yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.

Yevlax istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yolun kənarı ilə atla gedən rayon sakinini vurub.

Hadisə nəticəsində at ölüb, sahibi, Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Nağıyev Azad Nağı oğlu ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınığı ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yevlaxda Mercedes atlını vurdu öldü atlı xəstəxanada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ