Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda 27 milyonadək insan yoxsulluq həddindədir

İranda 27 milyonadək insan yoxsulluq həddindədir

Tarix: 22 Dekabr 2021 13:48

İran İslam Respublikasının Mərkəzi Statistika Komitəsi son üç il ərzində ölkədə qeydə alınan inflyasiya göstəricilərini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 2018-ci ildə ölkədə rəsmi inflyasiya 31,2%, 2019-cu ildə - 41,2%, 2020-ci ildə isə 36,4% səviyyəsində olub.

Lakin aparılan müşahidələr onu göstərib ki, bazarlarda ət, düyü, yağ, müxtəlif növ meyvələrin qiyməti 100%-dək artıb. Daşınmaz əmlak və avtomobil bazarında isə qiymət artımı hətta 100%-i keçib. Çörəyin qiyməti sabit qalıb.

Komitənin açıqlamasında cari il ölkədə inflyasiyanın 44,4% səviyyəsində olduğu göstərilir.

Son 3 ildə ölkədə qeydə alınan yüksək inflyasiyanın səbəbləri sırasında İran milli valyutasının dəyərdən düşməsi fonunda dövlətin Mərkəzi Bankdan borc götürərək əlavə əsginas çap etməsi, koronavirus pandemiyası, korrupsiyaya halları və ölkəyə qarşı tətbiq edilən sanksiyalar göstərilir.

İran rialının ABŞ dollarına qarşı ucuzlaşması qiymət artımını sürətləndirib. Yeni hökumətin əsas hədəfi Mərkəzi Bankdan borc götürməmək, büdcə kəsirini vergilər, digər mənbələr hesabına bərpa etmək və inflyasiya səviyyəsini nəzarətdə saxlamaqdır.

Qeyd edək ki, istehlak məhsullarının həddindən artıq bahalaşması müxtəlif təbəqələrin alıcılıq qabiliyyətinə ciddi təsir göstərib. Ölkənin Əmək Şurasının Maliyyə Məsələləri üzrə Komitəsinin sədri Fərəməz Tofiqi bildirib ki, cari ilin ilk yarısında inflyasiya və pulun dəyərdən düşməsi nəticəsində işçilərin alıcılıq qabiliyyəti ilin əvvəli (mart ayı) ilə müqayisədə oktyabr ayında 32,4% azalıb.

İranın Əmək Nazirliyinin Strateji Məlumat Mərkəzi və Dövlət Statistika Komitəsinin hesabına görə, 85 milyonluq əhalinin 26,7 milyonu yoxsulluq həddindədir. Bunların da əsasını işçi kütləsi təşkil edir.

Milli.Az


Etiketlər:  İranda 27 milyonadək insan yoxsulluq həddindədir


RƏYLƏR