Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Su hovuzu, yoxsa zibil quyusu? - Bu ərazi sakinlər üçün təhlükə yaradır - VİDEO

Su hovuzu, yoxsa zibil quyusu? - Bu ərazi sakinlər üçün təhlükə yaradır - VİDEO

Tarix: 22 Dekabr 2021 14:42

Bakının Xətai rayonunda sovet vaxtı yanğınsöndürən avtomobillər üçün tikilən su hovuzu indi təhlükə mənbəyinə çevrilib.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi 70 ünvanından gedir.

Sakinlər deyirlər ki, sovet vaxtı yanğınsödnürən avtomobillər üçün ehtiyat su anbarı kimi istifadə edilən hovuz indi zibil qutusuna çevrilib. Onlar acınacaqlı vəziyyətin 5 ilə yaxındır ki, yaşandığını xatırladırlar.

Sakinləri narahat edən digər bir məsələ isə dərinliyi təxminən 3-4 metr olan su hovuzunun üstündəki beton örtüyün yararsız hala düşməsidir. Onlar bildirilər ki, uşaqlar həmin ərazidə oynadıqlarından təhlükə riski daha da artır.

Onlar bildirirlər ki, su hovuzunun ləğv edilməsi ilə bağlı dəfələrlə aidiyyəti üzrə məlumat veriblər.

Xətai Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirildi ki, su hovuzu barəsində məlumatları var. Sabah mütəxəssislər həmin əraziyə baxış keçirdikdən sonra hovuzun təmir və ya ləğv edilməsi barədə qərar veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  hovuzu yoxsa zibil quyusu ərazi sakinlər üçün təhlükə yaradır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ