Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 20:12
Botoksu ilk dəfə yaradan və müalicəvi məqsədlər üçün istifadə edən amerikalı oftalmoloq Alan Skott 89 yaşında vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Washington Post yazıb. Qəzetin məlumatına görə, həkim Kaliforniyadakı Greenbrae xəstəxanasında vəfat edib, lakin onun ölüm xəbərləri yalnız indi gəlib. Skottun qızı Alison Ferqyusonun sözlərinə görə, ölümə səbəb sepsisin yaratdığı fəsadlar olub. Botulinum toksini maddəsi İkinci Dünya Müharibəsi zamanı əldə edilmiş və əzələ iflicinə səbəb olan bioloji silah kimi istifadə edilib.
Toksinin nümunələri Skota verilib və o da onlardan Botoks yaradıb. ABŞ Qida və Dərman İdarəsi (FDA) 2002-ci ildə botoksun kosmetik məqsədlər üçün istifadəsinə icazə verib. Qəzetin yazdığı kimi, bu, Skotu çox təəccübləndirib. Bu günə qədər 11 milyon insan qırışları hamarlaşdırmaq üçün botoks etdirib.
Anar Əli