Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sivrioğlu ailəsi dağıldı - FOTO

Sivrioğlu ailəsi dağıldı - FOTO

Tarix: 22 Dekabr 2021 20:44

"TV8" telekanalında yayımlanan "Masterchef" proqramının münsiflərindən daha biri boşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aşpaz Somer Sivrioğlu ilə həyat yoldaşı Aslı Sivrioğlu arasındakı pandemiya səbəbindən uzun çəkən boşanma prosesi başa çatıb. İstanbul 4-cü Ailə Məhkəməsində gizli keçirilən iclasda cütlük razılaşma əsasında boşanıb.

Aslı Somerdən aliment və təzminat tələb etməyib. O, yalnız iki övladının vəlayətini almaqla kifayətlənib.

Qeyd edək ki, bundan əvvəl proqramın digər italiyalı aşpazı Danilo Zanna 9 illik həyat yoldaşı Tuğçe Demirbilekdən boşanıb. Onların bu evlilikdən bir övladı var. 

Milli.Az


Etiketlər:  Sivrioğlu ailəsi dağıldı FOTO


RƏYLƏR