Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsraildə “omikron” ştamı səbəbindən pasiyentin ölümü ilə bağlı ilk fakt qeydə alınıb

İsraildə “omikron” ştamı səbəbindən pasiyentin ölümü ilə bağlı ilk fakt qeydə alınıb

Tarix: 22 Dekabr 2021 22:28

Dekabrın 20-də İsraildə koronavirusun "omikron" ştamına yoluxma diaqnozu qoyulmuş ilk pasiyentin ölüm faktı qeydə alınıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkənin cənubundakı Beer-Şeva şəhərinin xəstəxanasında 65 yaşlı pasiyent vəfat edib. "Omikron" ştamına yoluxma diaqnozu qoyulmuş bu pasiyentin əlavə xəstəlikləri də olub. O, peyvəndlənmişdi, lakin vaksinin ikinci dozası vurulandan sonra 6 aydan çox vaxt keçmişdi.


Etiketlər:  İsraildə omikron ştamı səbəbindən pasiyentin ölümü ilə bağlı fakt qeydə alınıb


RƏYLƏR