Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı “yaşıl layihələr”ə dövlət dəstəyini artıracaq

Avropa İttifaqı “yaşıl layihələr”ə dövlət dəstəyini artıracaq

Tarix: 22 Dekabr 2021 23:22

Avropa İttifaqına (Aİ) üzv ölkələr "yaşıl layihələr"ə dövlət dəstəyini artırmağı nəzərdə tutur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının sədr müavini Marqrete Vestager deyib.

O bildirib ki, "Avropa Yaşıl Sövdələşmə"nin məqsədlərinə nail olmaq üçün Avrokomissiya rəqabət və dövlət dəstəyi qaydalarını yeniləyib. Avropanın "yaşıl transformasiyanı" dəstəkləmək üçün əhəmiyyətli miqdarda davamlı sərmayəyə ehtiyacı var. Bunun üçün də dövlət dəstəyi "yaşıl transformasiyanın" sürətlə həyata keçirilməsində mühüm rol oynayacaq.

M.Vestager deyib ki, yeni qaydalar dekarbonizasiyaya töhfə verəcək, Aİ-yə üzv ölkələrdə "Yaşıl Sövdələşmə"nin qənaətli şəkildə tətbiqini sürətləndirəcək, o cümlədən bərpaolunan mənbələrə investisiyaları asanlaşdıracaq. Üzv ölkələr digər müqavilələr kimi çevik alətlərdən istifadə edərək karbon emissiyalarını azaldacaq layihələri dəstəkləyə biləcək. Dövlət dəstəyi "yaşıl sərmayənin" bütün əlavə xərclərini qarşılaya bilər.


Etiketlər:  Avropa İttifaqı yaşıl layihələrə dövlət dəstəyini artıracaq


RƏYLƏR