Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elə bil ölkədə tək mənim oğlum boşanıb'' - Mətanət

''Elə bil ölkədə tək mənim oğlum boşanıb'' - Mətanət

Tarix: 23 Dekabr 2021 04:35

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin qalmaqallı boşanma məsələsindən danışıb.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki,  "Tarixin bir günü" proqramında qonaq olan müğənni bu hadisə ilə gündəmə gəlmək istəmədiyini açıqlayıb:

"Bu haqda danışmaq istəmirəm. Elə bil ki, bu ölkədə bir mənim oğlum boşanıb. Minlərlə boşanan var. Bunu böyük hadisə etdi. Elə bilirlər mən edirəm. Yazırlar ki, Mətanət xanım, bəsdirin. Mən nə edim? Bu haqda heç danışmaq istəmirəm. Edənlər edirlər. Məqsədləri nədirsə, Allah bilsin. Nəvələrim yanımda, hər şey yaxşıdır. Zaman hər şeyi göstərəcək".

Qeyd edək ki, Kərim 3 övladının anası Canana ilə qalmaqallı şəkildə boşanıb. O, övladlarını anasından alıb. Bir neçə gün əvvəl isə M.İsgəndərli oğlu üçün ikinci dəfə elçi gedib. 


Etiketlər:  Elə ölkədə tək mənim oğlum boşanıb Mətanət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ