Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 01:03
Keçmişdə cəfəri göyərti kimi deyil, daha çox müalicəvi bitki kimi istifadə olunurdu.
Xalq təbabəti cəfərinin köməyi ilə ürək və böyrək xəstəliklərini, kişi və qadın problemlərini, iltihabları müalicə edirdi.
Bir neçə il bundan əvvəl aparılmış araşdırmalar cəfərinin bu vaxta qədər məlum olmayan faydalarını aşkar edib. Belə ki, cəfəri "apigenin" adlı flavonoidlə zəngindir. Harvard Universisteti (Böyük Britaniya) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, bu maddə xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, onların məhv olmasını sürətləndirir.
Bundan əlavə apigenin güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir, sinir sisteminə müsbət təsir edir, arıqlamağa kömək edir.
Apigenin kişi sağlamlığına da müsbət təsir edir - testosteronun ifrazını artırır, bir çox kişi xəstəliklərinin, o cümlədən prostat vəzi xərçənginin qarşısını alır.
Siçanlar üzərində aparılmış eksperimentlər göztərib ki, apiginin qadınlarda süd vəzi xərçənginin inkişafı riskini azaldır. Bundan əlavə bu maddə menstruasiya ağrılarını azaldır və klimaksla bağlı olan pozulmaların qarşısını alır.