Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2021-ci ildə 150 ​​minə yaxın yəmənli evlərini tərk edib - BMT

2021-ci ildə 150 ​​minə yaxın yəmənli evlərini tərk edib - BMT

Tarix: 24 Dekabr 2021 12:56

2021-ci ildə Yəməndə baş verən şiddətli döyüşlər səbəbindən 150 minə yaxın vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) tviter səhifəsində məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, bu il əksəriyyəti Marib, Taiz və Hudeydadan olan təxminən 150 min yəmənli evlərini tərk edib.

Yəmən hökuməti bildirib ki, müharibə başlayandan bu günədək məcburi köçkünlərin sayı 4,1 milyon nəfərə çatıb.

Ölkədə 2014-cü ilin sentyabrından silahlı qarşıdurma davam edir. Husilər paytaxt Səna da daxil olmaqla ölkənin qərbində geniş əraziləri ələ keçirib. Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür.


Etiketlər:  2021 ildə minə yaxın yəmənli evlərini tərk edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ