Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 08:42
Hamiləliyin baş tutması üçün qadın yumurta hüceyrəsinin və kişi spermatozoidin "görüşmə"si tələb olunur.
Bu isə menstrual dövrünün yalnız müəyyən günlərində baş verə bilər. Bu hansı günlərdir?
Menstrual dövr zamanı qadında adətən 1, daha nadir hallarda 2-3, hətta 4 yumurta hüceyrəsi inkişaf edir. Yumurtalıqda inkişaf edən yumurta hüceyrəsi ovulyasiya günü yumurtalıqdan çıxır və uşaqlıq borusuna düşür. Yumurta hüceyrəsi yalnız 1 gün ərzində yaşayır.
Əgər uşaqlıq borusuna düşən yumurta hüceyrəsini burada spermatoidlər gözləyirsə, mayalanma və nəticədə hamiləlik baş tuta bilər. Yumurta hüceyrəsindən fərqli olaraq spermatozoidlər qadının cinsi yollarında 3-5, hətta 7 gün ərzində yaşaya və burada yumurta hüceyrəsini gözləyə bilər.
Beləliklə, ovulyasiyadan 3-7 gün əvvəl və ovulyasiya günü cinsi əlaqəyə girən qadın hamilə qala bilər.
Ovulyasiya adətən menstrual dövrünün ortalarında baş verir. Ovulyasiyanın gününü təyin etmək üçün müxtəlif üsullardan istifadə olunur - xüsusi testlər, hormonal analizlər, USM, bazal hərarətin (düz bağırsaqda hərarət) ölçülməsi.
Həmçinin qadınların əksəriyyəti ovulyasiyanın yaxınlaşmasını hiss edir. Bu zaman onlarda bu kimi simptolar əmələ gəlir:
- uşaqlıq yolundan selikli ifrazatın artması (çiy yumurtanın ağına bənzəyir). Bəzən seliyin içində qan izləri ola bilər.
- döşlərin böyüməsi, həssas olması,
- cinsi istəyin artması,
- qarının aşağı hissəsində (sol və ya sağ tərəfdə) sızıldayan ağrıların olması,
- bəzən köp, qarının şişməsi.