Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan ölüm nə zaman artır? - Virusoloq danışdı

Koronavirusdan ölüm nə zaman artır? - Virusoloq danışdı

Tarix: 26 Dekabr 2021 20:36

Koronavirusdan ölüm ən çox infeksiyadan sonra, üçüncü və ya dördüncü həftədə qeydə alınır.

Sonxeber.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə virusoloq, professor Anatoli Altşteyn danışıb.

"İnsanlar adətən koronavirusa yoluxduqdan təxminən 3-4 həftə sonra ölməyə başlayırlar. COVID-19-un yeni "omikron" ştamından yüksək ölüm gözləməyə dəyməz. Bunu mutasiyaya uğramış virusa yoluxma hallarının ən çox olduğu Afrikada əldə edilən ilkin məlumatlar sübut edir. İndiyə qədər aparılan araşdırmalar göstərir ki, xəstəliklər ciddi deyil, lakin söhbət əsasən Cənubi Afrikadan olan gənclərdən gedir. Daha aydın nəticələr əldə etmək üçün koronavirusun yeni ştamı haqqında tam məlumatları gözləmək lazımdır. Bu məlumatlar ən azı yeni ilə qədər hazır olmalıdır", - professor qeyd edib. (publika.az)


Etiketlər:  Koronavirusdan ölüm zaman artır Virusoloq danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ