Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Araik Arutyunyanı aradan götürmək istəyir

Paşinyan Araik Arutyunyanı aradan götürmək istəyir

Tarix: 27 Dekabr 2021 12:14

"Nikol Paşinyanın mətbuat konfransının və Facebook-da verdiyi şərhlərin əsas xüsusiyyəti onun Artsaxda (Qarabağ) daxili siyasi "uyğunluğu" dəyişdirmək istəyi ilə bağlıdır. Məlum səbəblərə görə ictimaiyyətin diqqəti Nikol Paşinyanın azərbaycanpərəst təbliğatına və mövzunun Azərbaycan "sousu" altında təqdim olunmasına yönəlib, lakin Nikolun əsas məqsədi Qarabağın hazırkı prezidentini vəzifəsindən uzaqlaşdırmaqdır".

Sonxeber.net-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə "Mənim şərəfim var" müxalifət fraksiyasının deputatı Tiqran Abramyanın "Facebook" səhifəsində bəyanatında deyilir.

"Bu işdə problem Araik Arutyunyanın şəxsiyyətində deyil. Paşinyan anlayır ki, hazırda Qarabağda yeni prezident seçkilərinin keçirilməsi praktiki olaraq qeyri-mümkündür və ona görə də Arutyunyanın hakimiyyətdən uzaqlaşdırılması üçün pərdəarxası prosesə başlayıb. Burada problem Araik Arutyunyanın yaxşı və ya pis olması deyil, Paşinyan üçün Arutyunyanın vəzifədən uzaqlaşdırılması və vakant prezident kürsüsünün təmin edilməsi prosesinin başlamasının Qarabağı iqtidardan məhrum etmək məsələsində ən qısa və son addım olmasıdır", - erməni müxalifətçi yazır.

O iddia edir ki, Paşinyanın daxili motivi Qarabağ məsələsi ilə bağlı məsuliyyətdən tamamilə xilas olmaq və bunun müqabilində digər məsələlərdə Türkiyə və Azərbaycandan kompromis əldə etməkdir.

Kamran Seyidov


Etiketlər:  Paşinyan Araik Arutyunyanı aradan götürmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ