Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Malik Əliyevin xatirəsi yad edilib - VİDEO

Şəhid Malik Əliyevin xatirəsi yad edilib - VİDEO

Tarix: 27 Dekabr 2021 15:28

Vətən uğurunda şəhid olan Dövlət Sərhəd Qoşunlarını Xüsusi Təyinatlılarında xidmət edən mayor Malik Təvəkkül oğlu Əliyevin dogum günüdür. O, 26 dekabr 1986- ci ildə Naxçıvanda doğulub 2002-ci ildən Malik Heydər Əliyev adına liseyi, daha sonra H.Əliyev adına Milli Təhlükəszlik akademiyasını əla qiymətlərlə bitirib. O, dəfələrlə xarici ölkələrdə hərbi kurslar keçərək özünü bütünlüklə hərbiyə həsr edib. Vətən müharibəsi başladığı andan döyüşlərə qatılan Malik Murovdağ, Kəlbəcər, Horadiz, Hadrut, Cəbrayıl istiqamətlərində gedən döyüşlərə rəhbərlik edib. Torpaqları yad əllərdə qoyub ölmək istəmirəm deyən Malik 15 oktyabrda Zəngilan döyüşlərində şəhid olub.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, 2-ci Fəxri Xiyabanda Mayor Məlik Əliyevin ailəsi və döyüş yoldaşları tərəfindən anım günü qeyd edildi. Azərbaycan üzrə Şəhid Ailələrinə Yardim və Hüquqların Müdafiəsi İctimai Birliyi tərəfindən Malik Əliyevin anasına fəxri fəman təltif olundu.

Malik Əliyev döyüşlərdə göstərdiyi qəhramanlıqlara görə "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına" görə medalı, "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Şəhid Malik Əliyevin xatirəsi yad edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ