Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 15:32
Qadın və kişi maaşları arasındakı fərq bərabərhüquqlu olmanın önəmını göstərən vacib şərtlərdən biridir. Bəzi araşdırmalara görə təhsili, iş yükü kişi ilə eyni, ancaq maaşı aşağı olan qadınlar var. Bu, daim müzakirə mövzusu olub. Ancaq bəzən insanlar bunun fərqində olmurlar. Dünyada kişilər və qadınlar arasında əməkhaqqı fərqi müxtəlifdir. Bəs Azərbaycanda necə?
Filmdə də səsləndirilən fikirlər kimi bu gün dünyada kişilər və qadınlar arasında maaşın bərabərsizliyi, yəni qadının maaşının çox olması əksər ailələrdə ciddi müzakirələrə səbəb olub. Bu gün əksər ölkələrdə kişilərin və qadınların maaşı arasında ciddi fərq var. Bəzi ölkələrdə kişi və qadınlar eyni işi görsələr də, ya kişilər qadınlardan çox əməkhaqqı qalır, ya da qadınlar kişilərdən.
İqtisadçı ekspert Xalid Kərimli isə deyir ki, dünyada kişilər qadınlardan 47 faiz, Azərbaycanda isə 58 faiz çox əməkhaqqı alır. Səbəb isə qadınların məşğul olduğu sahələrin daha az məhsuldar və aşağı maaşlı olmasıdır.
Ekspert bildirir ki, araşdırmalara görə, dünyada qadın və kişilər arasında maaş bərabərliliyinin olacağı gözlənir.
Statistik məlumatlara görə isə, Azərbaycanda bütün sahələr üzrə kişilərin maaşı qadınların maaşından yüksəkdir. Belə ki, 2020-ci ilin sonuna olan məlumata əsasən orta aylıq əməkhaqqı qadınlarda 525 manat olduğu halda, kişilərdə 830 manatdır.