Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Qarabağ" futbol klubu haqqında sənədli filmin çəkilməsi nəzərdə tutulur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr" mövzusunda mətbuat konfransında bildirib.
O, hazırda bununla bağlı layihələrinin olduğunu diqqətə çatdırıb.
Nazir həmçinin, Bakı Media Mərkəzi ilə birlikdə Hacı Zeynalabdin Tağıyev haqqında serial çəkiləcəyini vurğulayıb.
"Gələn il Türkiyə ilə bigə filmlərin çəkilməsi gündəmdədir. Bununla bağlı danışıqlar gedir. Bu filmlərin "Netflix"də yayımları da mümkün ola bilər", -nazir bildirib.