Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 10:38
İraqda təhlükəsizlik qüvvələri ilə terror ittihamı ilə axtarışda olan şəxslər arasında qarşıdurma olub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb.
İraq ordusunun Babil Əməliyyat Komandanlığından verilən açıqlamaya görə, Babildə bir evdə terror ittihamı ilə axtarışda olan 2 nəfərə qarşı əməliyyat zamanı qarşıdurma yaşanıb.
Həmin vaxt evdə olanlar təhlükəsizlik qüvvələrinə atəş açıb.
Təhlükəsizlik qüvvələri cavab verib, qarşıdurmada eyni ailədən 20 nəfər həlak olub.
Açıqlamada təhlükəsizlik qüvvələri ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verməyib.