Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 22:16
İndoneziyanın Medan şəhərindəki məsciddə olan iki yeniyetmə "wi-fi" parolunu dəyişən məscid işçilərinə hücum edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisəyə səbəb yeniyetmələrin video oyun oynayarkən internetin kəsilməsi olub.
Oyunları pozulan yeniyetmələr məsciddə işçilərin olduğu otağa basqın ediblər.
Şəxsi heyət olduğu ehtimal edilən 3 nəfərin qaçdığı anlar təhlükəsizlik kamerasına əks olunub.
Məscid işçiləri hadisə yerinə polis çağırıb. Polis baş verənləri təsdiqləyib və yeniyetmələrin nəzarətə götürüldüyünü bildirib.