Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan postsovet məkanında əhali artımına görə öndə olan ölkələrdəndir

Azərbaycan postsovet məkanında əhali artımına görə öndə olan ölkələrdəndir

Tarix: 3 Yanvar 2022 10:30

Azərbaycan postsovet məkanında əhalinin artımına görə öndə olan ölkələrdəndir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın "ASİA Plus" portalı yazıb. Portal Dünya Bankının məlumatlarına istinadən qeyd edib ki, əhali artımı Azərbaycanda yüksəkdir (+ 40%).

Sovet İttifaqının dağılmasından sonra son 31 ildə ən böyük əhali artımı Tacikistanda qeydə alınıb. Belə ki, bu müddət ərzində Tacikistan əhalisi 76,6 % artıb.

Əhali artımı baxımından seçilən siyahıda ölkələr arasında yalnız Mərkəzi Asiyanın digər ölkələri də var: Özbəkistan (+ 63,4 %), Türkmənistan (+ 59,2 %) və Qırğızıstan (+47,7 %). Nəşr Qazaxıstanın (+14 %) da adını qeyd edib.

Ən aşağı doğum səviyyəsi Baltikyanı ölkələrdə qeydə alınıb: Latviya (-28,3%), Litva (-24,5%). Əhali artımının azlığı ilə seçilən ölkələr kimi Gürcüstan (-23,2 %), Ukrayna (- 20 %), Ermənistan (- 15,5 %), Estoniya (-14,7 %), Moldova (-12 %), Belarus (- 7,8%) və Rusiyanın (-2,9%) adları qeyd edilib.


Etiketlər:  Azərbaycan postsovet məkanında əhali artımına görə öndə olan ölkələrdəndir


RƏYLƏR