Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kianu Rivz “Matrisa”dan qonorarının 70 faizini ianə etdi - FOTO

Kianu Rivz “Matrisa”dan qonorarının 70 faizini ianə etdi - FOTO

Tarix: 5 Yanvar 2022 12:15

Hollivud ulduzu Kianu Rivz həmkarları arasında "yaxşı insan" reputasiyasına malikdir. Bu dəfə də o, adını doğruldub. Belə ki, aktyor "Matrisa: Diriliş" ("The Matrix Resurrection") üçün qonorarının 70%-ni tibbi tədqiqatlara bağışlayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, ulduzun "4-cü matrisa"ya qayıtmasının qiyməti 35 milyon dollar (59,5 milyon manat) olub. O da bunun 31,5 milyon dollarını (52,7 milyon manat) leykemiya xəstəliyinin müalicəsi üçün araşdırmalara ianə edib.

Qeyd edək ki, aktyor ilk dəfə deyil ki, belə xeyriyyəçiliklə məşğul olur. Onun bacısı 1991-ci ildən 2001-ci ilə qədər 10 il ərzində xərçənglə mübarizə aparıb və sağalıb. Akyor bu səbəbdən ötən ilin 90-cı illərindən bu yöndə ianələr edir.

Milli.Az


Etiketlər:  Kianu Rivz Matrisadan qonorarının 70 faizini ianə etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ