Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 22:00
2021-ci ildə İspaniyada rəsmi qeydiyyata alınmış işsizlərin sayı 782.232 nəfər azalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, XXI əsr ərzində ən böyük illik azalmadır. Bundan əvvəlki rekord 2016-cı ildə müəyyən olunmuşdu. O vaxt işsizlərin sayı 390.534 nəfər aşağı düşmüşdü.
Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, əmək bazarının sıçrayışlı şəkildə bərpasından əvvəl 2020-ci ildə işsizlərin sayı kəskin artmışdı, yəni COVID-19 pandemiyasının birinci dalğası 724.532 nəfərin işsizə çevrilməsinə səbəb olmuşdu. Lakin bu işsizlik artımı yenə də 2009-cu illə müqayisədə aşağıdır. O vaxt 800 min ispaniyalı işini itirmişdi.
Hazırda İspaniyada 3.105.905 nəfər işsiz qeydiyyatdadır ki, bu da 2007-ci ildən bəri ən aşağı göstəricidir.