Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

31 yaşlı aktrisa qəfil vəfat etdi

31 yaşlı aktrisa qəfil vəfat etdi

Tarix: 6 Yanvar 2022 12:00

Cənubi Koreyada yayımlanan və mübahisələrə səbəb olan "Qardelen" serialının aktrisası, model Kim Min-Su vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ulduz ötən gün 31 yaşında qəfildən dünyasını dəyişib. Kimin hansı şəbədən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, aktrisa "Yuminin qəfəsləri", "Tibb bacısı", "Salam ana" kimi məşhur seriallarda rol alıb. O, eyni zamanda məşhur "Hellbound" serialında da rol alıb.

Kimin rol aldığı və hazırda yayımlanan, dram janrındakı "Qardelen" adlı ekran işi isə davamlı olaraq tarixi həqiqətlərin saxta şəkildə gənc nəslə təqdim olunmasına görə, problemlərlə qarşılaşır. Bir neçə dəfə serial rəsmi şikayət olunsa da, müvafiq qurumlar yayımı əngəlləməyib.

Milli.Az


Etiketlər:  yaşlı aktrisa qəfil vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ