Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2019 20:16
Bakı. Trend:
Ötən sutka ərzində xarici ölkələr ərazisindən Suriyaya 1396 qaçqın qayıdıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 417 qaçqın (125 qadın, 213 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqəsindən 979 qaçqın (294 qadın, 499 uşaq) öz ölkəsinə qayıdıb.
Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 2 Suriya vətəndaşı qayıdıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin