Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhvənin insan orqanizminə faydası açıqlanıb

Qəhvənin insan orqanizminə faydası açıqlanıb

Tarix: 6 Yanvar 2022 21:06

Sauthempron və Edinburq universitetlərinin alimləri qəhvənin insan orqanizminə faydasını müəyyən ediblər.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, alimlər bildirib ki, qəhvə qaraciyər xəstəliyi riskini və ölüm riskini azaldır.

Məlumata əsasən, alimlər Böyük Britaniyanın biobankından 95,5 min nəfərin məlumatlarını təhlil ediblər.

Müəyyən edilib ki, müntəzəm olaraq qəhvə içənlərdə xroniki qaraciyər xəstəliyi riski 21 faiz, ölümdən qaçma ehtimalı isə 40 faiz, qəhvənin tərkibindəki kaveol və kafestol sayəsində qaraciyər yağlanması riski isə 20 faiz azalır.

Tədqiqatın müəllifi Oliver Kennedinin sözlərinə görə, bu, əhalisinin aşağı gəlirləri səbəbindən insanların keyfiyyətli tibbi xidmət almaq imkanları az olan ölkələr üçün vacibdir.


Etiketlər:  Qəhvənin insan orqanizminə faydası açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ