Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 10:20
"Qarabağ"ın braziliyalı müdafiəçisi Ailton Silva Azərbaycan Premyer Liqasının III turunda səfərdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Belə asan qələbə gözləyirdiniz?
- Bilirdik ki, rəqib yaxşı formadadır, uğurlu dönəmi idi. Meydana çıxaraq istədiyimizi reallaşdırmağa çalışdıq. Qollar da gəldi.
- Hazırda milli komandaların oyunlarına görə iki həftəlik fasilə yaranır. "Qarabağ" da yaxşı formadadır, oyununu tapıb, qələbələri sıralayır. Belə olan halda, fasilə komandanıza mənfi təsir göstərməz ki?
- Yox. Əksinə, daha müsbət təsir edəcək. Fasilə yaranacaq, daha çox işləyəcəyik. Çalışmağa kifayət qədər vaxt olacaq. Çünki 2-3 gündən bri oyunlarımız olurdu. Bu üzdən çox işləməyə vaxt olmur.
- Avropa Liqasının qrup mərhələsinin püşkünü necə dəyərləndirərdin? "Qarabağ" qrupdan çıxmalıdırmı?
- Birincisi, yaxşı komandamız var. İlk növbədə bu, qeyd olunmalıdır. Püşkü də hardasa uğurlu saymaq olar. Sadəcə, hər şey istədiyimiz kimi olsa, ümid edirəm ki, qrupdan çıxa bilərik.
- "Qarabağ" Premyer Liqada çempionluğa əsas rəqib kimi "Neftçi"ni görür?
- Hər hansı rəqib haqda danışmaq istəməzdim. Yaxşı olar ki, öz komandamız haqda danışaq. Qələbələri sıralayıb hədəflərimizə doğru gedəcəyik. (Report)