Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orta məktəbdə "Zəfər" muzeyi: burada tarix və hərbi dərslər də keçirilir - VİDEO

Orta məktəbdə

Tarix: 10 Yanvar 2022 14:50

Ağcabədi rayonunda bir məktəbdə "Zəfər muzeyi" yaradılıb. Muzey 44 günlük vətən salnaməsindən bəhs edir. Muzeyin yaradılmasında əsas məqsəd şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan verməkdən ibarətdir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, orta məktəbdə "Zəfər" muzeyi fəaliyyət göstərir..

Ağcabədi rayon Hamlet Məmmədov adına 1 saylı Qaradolaq tam orta məktəbdə Vətən müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərə daha yaxından hiss etdirmək üçün "Zəfər" muzeyi yaradılıb. 

Muzeydə birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbiçilərin mülki və hərbi geyimləri, onlara məxsus müxtəlif əşyalar, onlar haqqında məlumatlar stendlərdə yer alıb.

Muzeydə həmçinin  erməni hərbçilərinə məxsus hərbi geyimlər, sənədlər, əşyalar və avtomobillərin dövlət nömrə nişanları nümayiş etdirilir. Muzeyin daha da genişləndirilməsi nəzərdə tutulub.

Yaradılan muzeydə şagirdlərə tarix və  hərbi dərslər də keçirilir.

Milli.Az


Etiketlər:  Orta məktəbdə Zəfər muzeyi burada tarix hərbi dərslər keçirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ