Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 19:18
Ümraniyedə (Türkiyə) yaşanan qalmaqal hər kəsi şoka salıb.
Sonxeber.net türk mediasına istinadən xəbər verir ki,13 yaşlıya təcavüz etdiyi iddia edilən şübhəliyə qızın adından mesaj yazıblar. Görüş yerinə gələn şübhəli ona qarşı tələ qurulduğunu görəndə avtomobilinə minib qaçmağa çalışıb. Lakin qohumlar avtomobilin arxa şüşəsini sındırıb təcavüzkarı döyüblər. Həmin anlar kameralara düşüb. Başından zərbə alan şəxsin qabırğaları sındırılıb. İlkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Anar Əli