Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus marketləri boşaltdı - FOTO

Koronavirus marketləri boşaltdı - FOTO

Tarix: 12 Yanvar 2022 12:12

COVİD-19 koronavirusunun yeni ştammı olan Omicronun Avstraliyada sürətlə yayılması ölkədəki supermarketlərdə ərzaq məhsulları qıtlığı yaradıb.

Sonxeber.net ABC-yə istinadən bildirir ki, yeni ştama yoluxanların sürətlə artması səbəbindən növbəti məhdudiyyətlər və qapatmaların olacağını düşünən avstraliyalılar ərzaq tədarükü görürlər.

Avstraliyada bir sıra gündəlik tələbat malları və ərzaq məhsullarının satışı məhdudlaşdırılıb.

ABŞ-da da eyni mənzərədir. Birləşmiş Ştatlarda dünyada koronavirus pandemiyası başlayandan bəri rekord sayda - 1,35 milyon nəfər - yoluxma qeydə alınıb.

Missuri, Kaliforniya, Virciniya, Texas və digər ştatlarda ərzaq qıtlığı müşahidə olunur. Konqresmen Kevin Makkartinin dediyinə görə, hətta Alyaska ştatında da marketlər boşdur.


Etiketlər:  Koronavirus marketləri boşaltdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ