Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran alimləri “omikron”un aşkarlanması üçün avadanlıq icad edib

İran alimləri “omikron”un aşkarlanması üçün avadanlıq icad edib

Tarix: 12 Yanvar 2022 22:54

İran alimləri koronavirusun "omikron" şamının 15 dəqiqə ərzində aşkarlanması üçün avadanlıq icad edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "Barakat" innovasiya şirkətinin rəhbəri Səcdət Moravec deyib. O bildirib ki, cihaz vasitəsilə test keçirilir və virusun daşıyıcısı olan adamın adı kodlaşdırılaraq kompüter sisteminə daxil edilir. Yoluxan adamların hərəkətini də sistem vasitəsilə izləmək mümkündür.

S.Moravec qeyd edib ki, cihaz artıq daxili bazara çıxarılıb və istifadə edilir. Bu cihaz vasitəsilə gələcəkdə yarana biləcək yeni ştamları da müəyyən etmək olacaq. Cihaz yoluxmanı 92 faiz düzgün müəyyən edir.

Milli.Az


Etiketlər:  İran alimləri omikronun aşkarlanması üçün avadanlıq icad edib


RƏYLƏR