Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardioladan həssas addım – Şəkillər

Qvardioladan həssas addım – Şəkillər

Tarix: 2 Sentyabr 2019 14:20

İngiltərə Premyer Liqasının 4-cü turunun “Brayton”la matçına (4:0) “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qolunda qara sarğı ilə çıxıb.

Qol.az Britaniiya mətbuatına istinadla xəbər verir ki, bununla da o, bir neçə gün əvvəl həmkarı Luis Enrikenin 9 yaşında dünyasını dəyişən qızı Ksananın xatirəsinə ehtiramını ifadə edib. Luis Enrike övladının 5 ay sümük xərçəngindən əziyyət çəkdikdən sonra vəfat etdiyini bildirib.

Qeyd edək ki, L.Enrike qızının xəstəliyi səbəbindən ötən ilin yayından çalışdırdığı İspaniya millisindən bu ilin iyun ayında ayrılıb.










Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Qvardioladan həssas addım Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ