Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teatrda qadağa - Aktyorlar bunu etsələr cərimələnəcəklər

Teatrda qadağa - Aktyorlar bunu etsələr cərimələnəcəklər

Tarix: 13 Yanvar 2022 19:27

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan bəzi aktyorların tamaşa zamanı yerli-yersiz improvizə edərək hər hansı bir xarici dildə kəlmələrini işlətmələrini nəzərə alaraq əmr imzalayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktyorlar məşq zamanı improvizə etməklə hər hansı bir xarici dildə sözlərdən istifadə etdikdə 1 manat, tamaşa zamanı bu hal təkrar olunarsa 5 manat cərimələnəcək və bunu teatrın kassasına ödəyəcəklər.

Tamaşa əgər xarici dildədirsə, təbii ki, bu əmr həmin tamaşaya tətbiq olunmur.

Milli.Az


Etiketlər:  Teatrda qadağa Aktyorlar bunu etsələr cərimələnəcəklər


RƏYLƏR