Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2022 06:22
İsrail Həmas təşkilatının üzvlərini zərərsizləşdirmək üçün "komando delfinlər"dən istifadə edib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Foundation for Defence of Democracies Long War" jurnalının analitiki Co Truzman Həmas üzvlərinə istinadən belə məlumat yayıb. İddialara görə, İsrail delfinləri lazımi cihazlarla təmin edərək, Həmas liderlərini hədəfə almağa çalışıb.
"Əl-Qəssam" briqadasının dəniz komandolarının sözçüsü bildirib ki, hərbi əməliyyatlar zamanı onları delfinlər təqib ediblər. İddialara görə, may ayında baş verən hücumlar zamanı Həmas üzvlərindən biri delfinlərin üzərinə yerləşdirilmiş silah vasitəsilə hədəfə alınaraq öldürülüb.