Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 11:40
Pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8% artaraq 358 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.
Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib.
2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.