Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 15:54
Uşaq bağçalarında kameraların olmaması valideynləri narahat edir. Belə hal əsasən də dövlət bağçarında müşahidə edilir. Bəs bağçalarda niyə müşahidə kameraları yoxdur?
Yaxud bağçalar nə vaxt tam kamera ilə təchiz olunacaq?
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, İsmayıllıda bağçada tərbiyəçinin azyaşlıya şiddət göstərməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.
Valideynlər azyaşlıya qarşı belə rəftarın olmamasını və bunu edən şəxslərin hüquqi müstəvidə cəzalandırılmasını istəyirlər.
Psixoloq Esmira Qafarova deyir ki, burada uşaq fiziki zorakılıqla yanaşı, həm də psixoloji zorakılığa məruz qalıb. Mütəxəssisin sözlərinə görə, uşaqların bu yaşda aldıqları psixoloji travma onların gələcək həyatlarına ciddi təsir edir.
Baş vermiş bu hadisə dövlət bağçalarının bir çoxunda müşahidə kameralarının niyə qoyulmaması məsələsini gündəmə gətirir. Bəzilərində kamera olsa da, valideynlər uşaqlarına həmin sistem vasitəsi ilə nəzarət edə bilmirlər. Əgər bu sistem olsaydı, tərbiyəçi azyaşlıya qarşı fiziki zorakılıq etməzdi.
İnformasiya Texnalogiyaları üzrə mütəxəssis Elvin Abbasov hesab edir ki, istənilən bağçada uşaqların sinif, yemək və yataq otaqlarında bu sistemi qurmaq olar.
Bağçalarda valideynlərin nəzarəti üçün kamera sisteminin niyə qurulmamasına gəldikdə, Təhsil Nazirliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, hazırda bağçaların təhvil-təslimi həyata keçirilir. Bu işlər tam yekunlaşdıqdan sonra sözügedən məsələyə baxılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: