Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2022 07:12
Son zamanlar ABŞ-da yeni pəhriz dəbə minib.
Bu pəhrizin əsas tərkib hissəsi sümük suyudur. Pəhrizin tərəfdarları sübut edir ki, sümük bulyonunu içməyə başlayandan bir müddət sonra özünü daha yaxşı hiss etməyə başlayıblar və onların sağlamlıq göstəriciləri xeyli artıb.
Bu pəhrizlə maraqlanan alimlər sümük bulyonunun orqanizmə olan təsirini araşdırmağa qərar veriblər. Nəticədə alimlər belə qərara gəliblər ki, sümük bulyonunun istehlakı orqanizmə həqiqətən müsbət təsir edir. Bişirilmə zamanı sümüklərdən bulyona daxil olan faydalı maddələr orqanizmə antioksidant kimi təsir edir.
Amerika alimləri aşkar ediblər ki, sümük suyu ürək və damarların sağlamlığına çox müsbət təsir edir, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər buna əks-göstərişlər olmadığı halda müntəzəm olaraq sümük bulyonunu istehlak etməyi tövsiyə edirlər.
Belə bulyon həmçinin dərinin vəziyyətinə də çox yaxşı təsir edir, dərinin qocalmasını ləngidir.