Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Klon” serialının aktrisası vəfat etdi - FOTO

“Klon” serialının aktrisası vəfat etdi - FOTO

Tarix: 17 Yanvar 2022 15:34

Bir zamanların reytinqli layihələrindən olan "Klon" serialının aktrisası vəfat edib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, ekran işində Simon rolunu ifa edən Fransuaza Forton dünyasını dəyişib.

O, serialda həkim Albierinin köməkçisi vəzifəsində idi. 64 yaşlı Fransuazanın uzun sürən xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 

Aktrisa ömrünün son dörd ayını klinikada keçirib. Onun xəstəliyi ilk dəfə 1989-cu ildə müəyyən edilib. 

Qeyd edək ki, Fransuaza 40-dan çox serialda müxtəlif rollar ifa edib. O, 2019-cu ilə qədər seriallara çəkilib.


Etiketlər:  Klon serialının aktrisası vəfat etdi FOTO


RƏYLƏR