Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı milyonçuya qarşı iddia ərizəsi yoxa çıxıb: 25 il həbs gözləyir

Azərbaycanlı milyonçuya qarşı iddia ərizəsi yoxa çıxıb: 25 il həbs gözləyir

Tarix: 17 Yanvar 2022 18:54

Məşhur müğənni Avraam Russonun azərbaycanlı milyonçu Telman İsmayılova qarşı qaldırdığı iddia ərizəsi Moskva şəhər məhkəməsində itib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, məhkəmə gün təyin edilsə də, məlum olub ki, Russonun iddia ərizəsi dəftərxanadan yoxa çıxıb.

Nəticədə məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb.

Müğənninin vəkili Andrey Aleşkin bildirib ki, məhkəmə baş tutsa, İsmayılovu 25 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, İsmayılov Russona işgəncə etməkdə və qətlinin sifariş verməsində ittiham olunur.

Milli.Az


Etiketlər:  Azərbaycanlı milyonçuya qarşı iddia ərizəsi yoxa çıxıb 25 il həbs gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ