Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vüsalənin verilişi niyə yarımçıq dayandı? - SƏBƏBİ Təranə Qumral AÇIQLADI

Vüsalənin verilişi niyə yarımçıq dayandı? - SƏBƏBİ Təranə Qumral AÇIQLADI

Tarix: 19 Yanvar 2022 14:05

Vüsalə Əlizadənin ATV-də aparıcılığını etdiyi "7 canlı" proqramının yayımı yanvarın 18-də yarımçıq dayandırılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, verilişdə müğənnilər Təranə Qumral, həyat yoldaşı Musa Musayev və onların qızları Sevgimcan, Qumral qonaq olublar. Proqram başladıqdan 21 dəqiqə sonra, Qumralın ifasının ardınca yarımçıq kəsilib. Sonra "7 canlı"nın  yerinə "Ağdam və mən" verilişi efirə gedib.

Verilişdə qonaq olan Təranə Qumral Lent.az-a açıqlama verib: "Bu, sadəcə, texniki səbəbdən oldu. Söylədilər ki, verilişin peykə canlı siqnalı getmir. Ona görə də dünən veriliş axıra qədər çəkildi, sonra efirə təqdim ediləcək. Proqramın hansı gün efirə veriləcəyini özüm sosial şəbəkədəki səhifəmdə paylaşıb bildirəcəm. Verilişin anonsu artıq hazırlanır". 

Milli.Az


Etiketlər:  Vüsalənin verilişi niyə yarımçıq dayandı SƏBƏBİ Təranə Qumral AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ