Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 18:42
Osmanlı hökmdarlarının portretləri Şotlandiyadakı bir evin çardağında aşkarlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 100 ildir malikanədə olduğu məlum olan tablolar Londonda hərraca çıxarılacaq.
Aralarında Qanuni Sultan Süleymanın da olduğu beş hökmdarın portretlərinin XVII əsrdə çəkildiyi ehtimal edilir. Əsərlərin tapıldığı malikanə nəsillərdir eyni ailəyə məxsusdur.
Tablolar yağlı boya ilə çəkilib. Kolleksiyada Sultan Süleymanla yanaşı, I Bəyazid, II Murad, II Bəyazid və Əmir Teymurun rəsmləri var. Əsərlərin kim və ya kimlər tərəfindən çəkildiyi açıqlanmayıb.
İngiltərədəki "Sotheby's" hərrac evində auksiona çıxarılacaq kolleksiyanın dəyəri 50-70 min funt sterlinq olaraq dəyərləndirilir.
Hərrac yanvarın 20-də keçiriləcək.