Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Omikron'' ştamı ilə yoluxanlar arasında...''

''''Omikron'' ştamı ilə yoluxanlar arasında...''

Tarix: 19 Yanvar 2022 22:15

Yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştamında 50 struktur mutasiya müşahidə olunur. "Omikron"un genom quruluşu sübut edir ki, onun patogenlik və letallıq fəallığı heç bir halda ana ştamdan yüksək ola bilməz. Yəni, həmin ştamla yoluxanlar arasında ölüm faizi çox aşağıdır. Yalnız transmissiv xüsusiyyəti - yoluxduruculuğu yüksəkdir.

Sonxeber.net xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev COVID-19-un "omikron" ştamı barədə danışarkən deyib.

Professor bildirib ki, COVID-19 əleyhinə immunitetə malik olan şəxslər "omikron" ştamına yoluxarsa, onlarda xəstəliyin ağır gedişatlı olma ehtimalı hətta 1 faizdən də aşağıdır: "Nəzərə almaq lazımdır ki, COVID-19-dan ümumi ölüm halı 1,79 faiz təşkil edir. "Omikron" ştamı ilə yoluxanlar arasında ölüm faizi isə 0,1-0,4 nisbətindədir. Yəni, digər ştamlarla müqayisədə 6-18 dəfə və ya 75 faiz azdır. Təbii yolla və ya vaksinasiya fonunda immunitet qazananlarda isə, bu fərq daha çoxdur".

M.Qəniyevin dediyinə görə, COVID-19-un genom əsasını 30 min nuklein nüvəsi təşkil etdiyinə görə, onun hər ay iki mutant ştamının əmələ gəlməsi təbii qanunauyğunluqdur: "Bundan qorxmaq lazım deyil, çünki hər yeni ştam virusun bioloji fəallığının patogenlik və letallıq əmsalına görə ana ştamdan zəif, yalnız Ro indeksinə (yoluxduruculuq) görə ana ştamdan üstün olmalıdır. Yoluxduruculuq xüsusiyyətinin yüksək olması simbioz (birgə) yaşayışa xidmət edir və kollektiv immunitetin yaranmasına təminat verir. Ona görə də "omikron" ştamı qorxuya səbəb olacaq bioloji gücə malik deyil. İstər təbii, istərsə də vaksin fonunda formalaşan immunitet həmin ştama qarşı ən effektiv qoruyucu vasitədir".


Etiketlər:  Omikron ştamı ilə yoluxanlar arasında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ