Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bayraktar TB2: dünyanın ən yaxşısı" - Niderland mediası

Tarix: 20 Yanvar 2022 09:00

Niderlandın NRC qəzetində Türkiyənin istehsal etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) "dünyanın ən yaxşısı" olaraq şərh edilib. Türkiyə PUA-larının Azərbaycandakı uğurları vurğulanıb və onların Polşa, Ukrayna kimi bir çox ölkəyə ixrac edildiyi bildirilib.

Qəzet eyn zamanda PUA-ların geniş təhlilini aparıb. "Bayraktar TB2"in müdafiə sənayesindəki roluna toxunulan analitik yazıda Türkiyənin SİHA ixracatının gündən-günə artdığı vurğulanıb.

Məqalədə Türkiyəyə məxsus PUA-ların digər pilotsuz uçuş aparatlarından daha keyfiyyətli və sərfəli olması ilə yanaşı, əməliyyat uğurları da qeyd olunub. Təhlildə Niderlandın müdafiə mütəxəssisi Stijn Mitzerin "Bayraktar TB2 əməliyyat baxımından dünyanın ən yaxşısıdır" ifadələri yer alıb.

Təhlildə Mitzerin "Çin istehsalı olan "Wing Loong-II" SİHA-lar 15 milyon ABŞ dollarına satılarkən, daha keyfiyyətli və etibarlı "Bayraktar TB2" təxminən 5 milyon dollara satılır" fikirlərindən sitat gətirilib.

Eyni zamanda "Bayraktar TB2"-nin bir çox ölkəyə ixrac edildiyi bildirilib və bunun Türkiyənin xarici siyasətinə ciddi töhfə verdiyi qeyd edilib.

Türk SİHA-larının Afrikada diqqət çəkməyə başladığı ifadə edilən təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın Afrika turları zamanı PUA-ların ixracı ilə bağlı müqavilələr bağladığı vurğulanıb.

Milli.Az


Etiketlər:  Bayraktar TB2 dünyanın ən yaxşısı Niderland mediası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ