Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlar sintetik bətnlərlə hamiləliyi asanlaşdırmaq istəyir

Onlar sintetik bətnlərlə hamiləliyi asanlaşdırmaq istəyir

Tarix: 21 Yanvar 2022 17:44

Texnologiya sahəsi üzrə dünyanın öndə gedən mütəxəssisləri doğuş prosesini daha asan formada reallaşdırmaq üçün sintetik bətnlərin istehsal edilməli olunduğunu düşünür.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Gumroad" marketinq platformasının təsisçisi Sahil Lavinya tviterdə insan nüfuzunu artıracaq texnologiyalar üzərində işləməyin zəruri olduğunu bildirib:

"Doğuşu daha sürətli, asan, münasib qiymətə edəcək texnologiyalara sərmayə qoymalıyıq. Sintetik bətnlər və sair...".

Onun bu təklifi Yer kürəsində nüfuz azalması problemindən narahat olan İlon Maskın fikirlərindən sonra ortaya atılıb. Mask bir müddət sonra Marsda koloniya qurmaq üçün heç kimi tapmayacağını bildirmişdi.

Bu fikri dəstəkləyənlər arasında "Ethereum" blokçeyn sisteminin həmtəsisçisi, rus-kanadalı proqramçı Vitalik Buterin də var. Onun fikrincə, sintetik rəhmlər xanımların daha çox işləməsinə imkan yaradacaq ki, bu da kişi və qadınlar arasında maddi bərabərsizliyi azaldacaq.

Sosial şəbəkədə yayımlanan bu fikirlərə izləyicilərin münasibəti birmənalı olmayıb. Onların bəziləri hətta bu təklifləri "Matrix" filminin süjet xəttindən götürüldüyünü iddia edib. Bir qrup insan isə onları dəstəkləyib.


Etiketlər:  Onlar sintetik bətnlərlə hamiləliyi asanlaşdırmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ