Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 08:36
İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanvarın 19-da yaranan və bununla əlaqədar qazın 10 gün müddətinə dayandırılmasına qərar verilən texniki nasazlıqlar aradan qaldırılıb.
Qeyd olunur ki, yanvarın 17-də İrandan Türkiyəyə qaz nəqli gündəlik müqavilə həcminin üçdə birinə endirilib.
İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri vasitəsilə ildə orta hesabla 10 milyard kubmetr qaz nəql edir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.