Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi - FOTO

“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi - FOTO

Tarix: 23 Yanvar 2022 13:44

Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.

Bu barədə teatrın "Facebook" səhifəsində məlumat verilib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub.

Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışır. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

O, Azərbaycan kinosunda "1001-ci qastrol" (Qaranəfəs), "De ki, məni sevirsən!" (Rəsmi), "İşgüzar səfər" (Bayramov), "Nizami" (Zərgər), "Bəyin oğurlanması" (Əhməd dayı), "Alman klinikasına şəxsi səfər" və "Ölsəm, bağışla" (Həkim) filmlərində maraqlı obrazlar yaradıb.

Milli.Az


Etiketlər:  Bəyin oğurlanmasının Əhməd dayısı vəfat etdi FOTO


RƏYLƏR