Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2022 16:03
Ailə və uşaq məsləhətçisi, məşqçi və psixoloq Yekaterina Davıdova işdə tükənmişliyin əsas simptomunu açıqlayıb.
"Ən mühüm əlamət narazılıqdır. Məhsuldarlıq azalır, xroniki yorğunluq yaranır", - deyə ekspert bildirib.
Psixoloq izah edib ki, tükənmə zamanı insanı işin əvvəlində cəlb edən motivasiya artıq ona təsir etmir. Bu vəziyyətdə orqanizm stressə reaksiya verir və müxtəlif yollarla onun öhdəsindən gəlməyə çalışır.
"Əksəriyyət üçün bu, fiziki simptomlarda özünü göstərir - tez-tez xəstəliklər baş verir. Kimsə müntəzəm olaraq içməyə başlayır", - deyə psixoloq qeyd edib.