Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin liderinin Ukrayna ilə bağlı Putindən şok istəyi - İddia

Çin liderinin Ukrayna ilə bağlı Putindən şok istəyi - İddia

Tarix: 24 Yanvar 2022 02:32

Amerika mediasının Çin Prezidenti Si Szinpinin Rusiya lideri Vladimir Putindən Pekin Olimpiadası zamanı "Ukraynaya hücum etməmək" tələbi ilə bağlı yaydığı xəbər saxta və təxribatdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Moskvadakı səfirliyindən açıqlama verilib.

"Çin rəhbərinin Rusiya liderindən Olimpiada zamanı bayramı korlamamaq üçün Ukraynaya hücum etməməyi xahiş etdiyini yazan "Blumberq"in məlumatı saxta və təxribatdır", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, sözügedən iddia ilə əlaqədar Rusiya XİN şərhində xəbərin ABŞ-ın "xüsusi informasiya əməliyyatı" olduğunu bəyan edib.

Milli.Az


Etiketlər:  Çin liderinin Ukrayna ilə bağlı Putindən şok istəyi İddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ