Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda Xüsusi Əməliyyat Qüvvələri Komendantlığı yaradıldı

Qazaxıstanda Xüsusi Əməliyyat Qüvvələri Komendantlığı yaradıldı

Tarix: 24 Yanvar 2022 20:42

Qazaxıstanda Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələri Komendantlığı yaradılıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Xüsusi Əməliyyat Qüvvələri Komendantlığı respublikanın milli təhlükəsizliyinin təmin edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.


Etiketlər:  Qazaxıstanda Xüsusi Əməliyyat Qüvvələri Komendantlığı yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ